AZ

Muxtar Babayev Böyük Britaniya Kralı ilə görüşüb

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Londonda “Clarence House”da Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə COP29-un rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edilib. 

 

“Bu gün Əlahəzrət Kral III Çarlz Klarens-hausda COP28-in prezidenti dr. Sultan Əl-Cabir, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toninin təmsil olunduğu COP Sədrlikləri Troykasını qarşılayıb.

 

COP Sədrlikləri Troykası COP-a ev sahibliyi edən dövlətlər arasında görünməmiş əməkdaşlıqdır, məqsədi dinamikanı qorumaq, davamlılığı bağlamaq, həyata keçirilməsini möhkəmləndirmək və COP-lar arasında tərəqqi körpüsü yaratmaqdır”, – paylaşımda qeyd olunub.

Seçilən
45
39
senzor.az

10Mənbələr