Böyük Britaniyada köhnə avtomobillərin tərk edilmiş kolleksiyası aşkar edilib. Maşınlar illərdir tərk edilmiş mülkün ərazisində dayanır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Focus yazır.
Deyilənlərə görə, avtomobillərinyeri gizli saxlanılır, ancaq onun İngiltərədə yerləşdiyi məlumdur. Qonşular onun sahibinin sağ olduğunu, lakin naməlum səbəblərdən ev və avtomobil kolleksiyasına fikir vermədiyini bildiriblər. Bununla belə, mülk video nəzarəti altındadır.
Əmlakın sahibi Morgan brendinin pərəstişkarıdır - onun bu markanın dörd modeli var. Onların arasında 80-90-cı illərin üç dörd silindrli Morgan 4/4 rodsteri, həmçinin Range Rover-dən 3,9 litrlik 190 at gücünə malik V8 mühərrikli və cəmi 8730 km məsafə qət edən bir Morgan Plus 8 var.
Bundan əlavə, kolleksiyada iki klassik Mini Cooper-in də olduğu müəyyənləşib.
Onlardan birinin yürüşü 11260 km-dir.
Maşınların vəziyyəti müxtəlifdir. Qapalı yerdə saxlanılan avtomobillər çöldəkilərdən daha yaxşı qorunur. Evdə həmçinin Morgan avtomobilləri haqqında çoxlu ədəbiyyat - kitablar, albomlar, plakatlar və fotoşəkillər toplusu var.
Nazlı Almuradova