AZ

Biləsuvarda ilk dəfə olaraq innovativ üsulla qarpız yetişdirilib

Bu il Biləsuvar rayonunda ilk dəfə olaraq suvarılmayan torpaqlarda müasir innovativ üsulların tətbiqi ilə bostan bitkilərindən olan qarpız yetişdirilib.

Ednews-un məlumatına görə, aprel ayının əvvəlindən 10 hektarlıq sahədə müasir əkin texnologiyası ilə torpağa basdırılan qarpız toxumu damla suvarma sistemləri ilə becərilir.

Qarpızın “Qrandis şirin-F1, "Qrandis-F1 kalistan” kimi növləri becərilir.

Qeyd edək ki, bu il Biləsuvar rayonunda ümumilikdə 100 hektara yaxın sahədə bostan bitkiləri əkilib. Ötən il sahələrdən 12 430 ton məhsul əldə olunub.

Seçilən
31
4
ednews.net

5Mənbələr