Əməkdar artist Aqşin Abdullayevin ailəli olduğunu hər kəs bilsə də, onun özü boyda övladı olduğundan çox güman çoxları xəbərsizdir.
Qlobal.net Titul.az -a istinadla xəbər verir ki, gənc və istedadlı sənətçi qızı ilə istirahətə yollanıb. Müğənninin qızının görünüşü görənləri təəccübləndirib. Aqşinin gənc olmasına baxmayaraq, özü boyda yeniyetmə qız atası olması faktı gözlənilməz olub.
Aqşin bildirib ki, bu gün qızımla yadda qalan, unudulmaz bir səfəri başa vurduq.
Qeyd edək ki, Aqşin Abdullayev bir neçə beynəlxalq müsabiqələrin laureatıdır. Rusiyanın Kruz vilayətində türkdilli xalqlar arasında keçirilən "Vastoçnaya Bazar" mahnı müsabiqəsində 1-ci yerin, Qazaxıstanda "Estara" müsabiqəsində 3-cü yerin, Türkiyədə keçirilən "Man Akteniz" mahnı müsabiqəsində isə 2-ci yerin sahibi olub.