Bu gün yalnız ukraynalıların ehtiyaclarını ödəməyə yönəlmiş vəsaiti toplamaq üçün festivallar təşkil etməklə tanınan müğənni Layma Vaykule Vladimir Putinə səslənib. SİA Rusiya mətbuatına əsasən xəbər verir ki, sənətçi yalnız bir vacib şərtlə Rusiyaya qastrol səfərlərinə gəlməyə hazır olduğunu bildirib. O, Rusiya Prezidentindən hər şeyi əvvəlki vəziyyətinə qaytarmağı tələb edib: "Vladimir Vladimiroviç hər şeyi əvvəlki vəziyyətinə geri qaytarmalı və münaqişəyə səbəb olan hərəkətlərə yol verməməlidir. Bu yaşananlar zarafat deyil. Görünür, kimlərinsə pulu qurtarıb, pul qazanmaq üçün Rusiyaya qayıtmağı qərara alıblar" deyərək müharibə dönəmində Rusiyanı tərk edib, sonra geri dönən müğənnilərə atmaca atıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta