AZ

Fransa Rusiya izlərini araşdırır!

Dəmir yollarında bir sıra təxribatlar Olimpiadadan əvvəl FRANSAda nəqliyyatı iflic etsə də, təhlükəsizlik qüvvələrinin hücumun arxasında mümkün Rusiya izini üzərində işlədiyi ortaya çıxdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə 40 yaşlı aşpaz Kiril Qryaznovun Rusiya agenti olmaqda şübhəli bilinərək həbs edildiyi mətbuata sızdırıldı. Kreml sarayı Fransada baş verənlər və həbs edilən Rusiya vətəndaşı ilə bağlı məlumatı olmadığını açıqlayıb.

İyulun 19-da Fransada Rusiya agenti olmaqda şübhəli bilinərək həbs edilən aşpaz Kiril Qryaznovun qəribə əhvalatı var. Mayın 7-də Moskvadan təyyarə ilə İstanbul üzərindən Parisə çatmağa çalışan Qryaznov İstanbul Hava Limanının mühafizəsi tərəfindən təyyarəyə buraxılmayıb və həddindən artıq sərxoş olduğu üçün qara siyahıya salınıb. Təyyarə ilə Fransaya çata bilməyən Qryaznov quru yolu ilə Bolqarıstanın paytaxtı Sofiyaya gedib, oradan da Parisə çatıb.

Rusiyada realiti-şouda arvad axtaran kişi rolunu canlandırdıqdan sonra 14 il Fransada yaşayan və məşhur Le Cordon-Bleu-da təhsil alan Qryaznov aşpaz kimi işləməyə davam edərək tanışlarına aşpazlıq edib. Telefon danışığında “Fransızlar indiyə qədər görülməmiş bir açılış mərasimi görəcəklər” deyərkən yaxalanan Qryaznov Rusiya kəşfiyyatı adından gizli fəaliyyətlər həyata keçirdiyi üçün həbs edilib. İstintaq davam edərkən, Fransa prokurorluğu Kiril Qryaznova 30 il həbs cəzası tələb edir.

Müəllif: Söylü Ağazadə
Seçilən
52
2
sia.az

3Mənbələr