AZ

İtaliya Suriyaya səfir göndərəcək - 10 il sonra...

Rəsmi İtaliya 10 illik fasilədən sonra Suriyaya səfir göndərməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ölkəsinin 10 illik fasilədən sonra yenidən Suriyaya səfir göndərməyi planlaşdırdığını bildirib.

Nazir Tajani parlamentdəki çıxışında İtaliyanın Suriya ilə diplomatik əlaqələri bərpa etmək niyyətində olduğunu diqqətə çatdırıb.

İtaliyanın bu addımı Avropa İttifaqında (Aİ) parçalanmalara səbəb ola biləcək diplomatik qərar kimi qiymətləndirilib.

Əli Hüseynov

Seçilən
61
8
bakivaxti.az

10Mənbələr