Beynəlxalq səyyahlar Cəbrayıl rayonundan sonra Füzuli rayonuna səfər ediblər.
APA xəbər verir ki, Füzulinin işğaldan azad edilmiş Kənd Horadiz kəndinə gələn qonaqlar ərazidə aparılan mina təmizləmə əməliyyatları ilə tanış olub, onlara işğal dövründə Ermənistan ordusunun ərazini mina və partlamamış döyüş sursatları ilə çirkləndirməsi barədə ətraflı məlumat verilib.
Beynəlxalq səyyahların müşahidəsi ilə ərazidə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da nəzərdə tutulur.