Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib.
Milli Hidrometeorologiya Xidmətindən Korrespondent.az-a verilən xəbərə görə, bugün səhər saatlarında yağan intensiv leysan yağışlar nəticəsində Şəki rayonu ərazisindən axan Şinçay, Damarçınçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan selin keçməsi müşahidə olunub.