Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Xəzər axşamı" verilişində müğənninin ünvanına sərt sözlər deyib:
"Bir müğənni deyir ki, onun adını çəksəm reklam olar. Amma mən onun adını çəksəm onun üçün fəxr olar. Qadındır, ancaq xanımlıq etmir. İki verilişdə mənim mahnımı səsləndirib, ağzımı əyib. "Yarə, yarə" mahnımı "tsarə, tsarə" oxuyub. Özünə hörmət edən adam kiminsə ağzını əyməz. Olmaz. Mən Bax, Motsart deyiləm, Rüfətəm. Özümə uyğun mahnılar bəstələyirəm, sözünü də özüm yazıram".
Əvvəlcə Seyidcahanın aını çəkmək istəməyən Rüfət studiyadakıların "Söhbət Elza Seyidcahandan gedir" sözünü təsdiqləyərək bunları əlavə edib:
"Həmin xanıma demək istəyirəm ki, bəstəkarlıq fakültəsini bitirmisiniz, amma necə daxil olmağınız bilinmir. Maraqlı da deyil. Qramatika cəhətdən mənimlə mübahisə etmək iqtidarında deyilsiniz. Ali təhsilliyəm, ikinci universitetə də daxil olmuşam. Təhsilim, savadım var. Mənə tələffüzdə səhv tuta bilməzsən. Siz və sizin kimi düşünənləri çəkisi üçün deyil məndə səhv tutasınız".
8Mənbələr
-
news24.azRüfətdən Elza Seyidcahana sərt sözlər ( 9173653)
-
referans.azRüfətdən Elza Seyidcahana sərt sözlər ( 9168607)
-
moderator.azRüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR ( 9166333)
-
musavat.comRüfətdən Elza Seyidcahana sərt sözlər ( 9166000)
-
demokrat.azRüfətdən Elza Seyidcahana sərt sözlər ( 9161665)
-
cebheinfo.azRüfətdən Elza Seyidcahana sərt sözlər ( 9161563)
-
yenisabah.azRüfətdən Elza Seyidcahana sərt sözlər ( 9159649)
-
manset.azMeyxanaçıdan Elza Seyidcahana sərt sözlər - VİDEO ( 9159589)