AZ

Azərbaycanda istehlak kreditlərini ən çox artıran - 8 BANK

Azərbaycanda istehlak kredit portfelini ən çox genişləndirən bankların adları məlum olub.

FED.az bu barədə bankların rüblük hesabatı əsasında hazırladığı istehlak kredit portfelinin dinamikası üzrə renkinqə istinadən xəbər verir.

Renkinqə əsasən ən yüksək artım 2,1 dəfə (3,1 milyon manat) olmaqla "Ziraat Bank Azərbaycan"da qeydə alınıb.

"Premium Bank" 34% (6,6 milyon manat) artımla ikinci, ABB 20% (276,3 milyon manat) artımla üçüncü olub.

Ölkənin aparıcı banklarından olan "Bank VTB Azərbaycan" istehlak kredit portfelini son 6 ay ərzində 19% və ya 14,2 milyon manat böyüdüb.

"Azər Türk Bank"ın kredit portfelində 17%, başqa sözlə 38,6 milyon manat artım baş verib.

İstehlak kredit protfelini  "Yelo Bank" 15% (31,5 milyon manat), "Bank Of Baku" 11% (51,4 milyon manat) artırıb.

"Bank Respublika"nın istehlak kreditlərində isə son 6 ayda 10% və ya 24 milyon manat artım olub.

Seçilən
28
1
fed.az

2Mənbələr