AZ

Almaniya Aİ-də liderliyini itirir -“The Economist“

"2010-cu illərin ortalarında, Avropa İttifaqı bir böhrandan digərinə keçərkən, ortada sabit bir amil var idi ki, bu da Almaniya və xüsusən də Angela Merkel sayılırdı. Kansler sanki bir ulduz idi, Avropanın qalan hissəsi isə onun ətrafında fırlanırdı. Bununla belə, indi siz Brüsselə səfər edərkən yalnız almanların keçmiş uğurlarla bağlı hekayələrini eşidə bilərsiniz".

Bu fikirlər “The Economist”də dərc olunan məqalədəndir.

Qeyd edilir ki, hazırkı kansler Olaf Şolzun ​​üç partiyalı koalisiyasının disfunksiyasının bütün Avropaya yayıldığı vaxtda və Almaniyanın hakim partiyalarının daim çəkişmələrdə olması nəticəsində siyasətçilərin normal aktv fəaliyyəti xeyli çətinləşib. Şolz Merkeli xarakterizə edən proseslərlə səbrlə razılaşmaq qabiliyyətinə malik deyil: "Şolz Ukraynanın Avropaya inteqrasiyasını geopolitik Avropa üçün prioritet kimi müəyyənləşdirib. Bununla belə, bürokratiyaya batmağın qarşısını almaq üçün Almaniya digər, daha skeptik hökumətlərlə mübarizə aparmalıdır. Aİ də böyüməyə hazırlaşarkən özündə islahatlar aparmalı olacaq. Məsələn, bahalı kənd təsərrüfatı siyasətləri dəyişdirilməli və millətin veto hüququ məhdudlaşdırılmalıdır". Ümumilikdə isə Almaniyanın Avropa İttifaqında liderliyini aşkar şəkildə itirdiyi vurğulanıb. 

Tural

News365.az


Seçilən
5
1
news365.az

3Mənbələr