İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlarla görüşüb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bildirib.
"Gəncə və ətraf rayonlarda qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə səmərəli görüşümüz oldu. Qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə sahibkarlarla müzakirələr apararaq sualları cavablandırdıq və təklifləri dinlədik", - deyə o qeyd edib.
"Cebheinfo.az"