AZ

I qrupun ən yüksək bal toplayan abituriyenti universitet seçimi edib

İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.



Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) iki nəfər toplayıb.



Həmin iki şagirddən biri Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Rüfət Raqif oğlu Əsədovdur.



AzEdu.az xəbər verir ki, gimnaziyadan Modern.az-a verilən məlumata görə, Rüfət Əsədov ali təhsilini harada alacağını artıq dəqiqləşdirib. Belə ki, o, Bakı Ali Neft Məktəbində (BANM) oxumaq niyyətindədir. Rüfət ixtisas seçimi zamanı BANM-ı 1-ci sırada yazacaq.

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

Seçilən
33
1
azedu.az

2Mənbələr