AZ

“Cavanşir” körpüsünün ətrafı necə olacaq?

Xəbər verildiyi kimi hazırda Bakı şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq quruculuq işləri  çərçivəsində Üzeyir Hacıbəyli küçəsində, "Cavanşir" yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturu yaradılır. 

Olaylar.az-ın əldə etdiyi məlumata görə, həmin ərazidə nəqliyyat vasitələrinin, eləcə də piyadaların rahat hərəkəti təmin ediləcək .

Yolun tikintisinin vəziyyəti ilə tanışlıq üçün aidiyyəti qurumların mütəxəssislərinin keçirdiyi monitorinq nəticəsində həmin ərazidə xəstə və qurumuş ağacların götürülməsi,  köçürülməsi və həmçinin buradakı digər ağacların budanması prosesi həyata keçiriləcək.

Həmçinin ərazidə müəyyən edilmiş yerlərdə torpaq qatı dəyişdirilərək, yeni ağaclar və kollar əkiləcəkdir. (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
6
olaylar.az

7Mənbələr