AZ

"Linkoln Red İmps"lə oyun "Qarabağ"a mane olub - klub rəsmisi

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln Red İmps"i mübarizədən kənarlaşdırsa, "Ludaqorets" - "Dinamo-Minsk" cütünün qalibiylə qarşılaşacaq. Bilindiyi kimi, bu komandaların ilk oyunu bolqarların qələbəsiylə yekunlaşıb - 2:0.

Adətən, komandalar rəqibi təhlil etmək üçün matçlarına "casus" göndərir. Bəs həmin oyunu izləyənlər arasında Ağdam təmsilçisinin nümayəndəsi olubmu? "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Football-plus.az"ın sualını belə cavabladı:

"Xeyr, vaxt azlığı üzündən potensial rəqiblərin oyununda texniki heyətdən heç kim iştirak edə bilmədi. Həmin ərəfədə bütün üzvlər uzaq Cəbəllüttariq səfərində idi".

Xatırladaq ki, "köhlən atlar" ilk matçda "qırmızı şeytanlar"ı məğlub edib - 2:0. Cavab oyunu iyulun 30-da "Tofiq Bəhramov"da olacaq.

KƏNAN BAHADIR
Seçilən
28
football-plus.az

1Mənbələr