Bakı. Trend:
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında güllə atıcılığıyarışlarına start verilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Azərbaycan yığmasının snayperi RuslanLunyov da mübarizəyə qoşulub.
Təmsilçimiz pnevmatik tapança ilə 10 m məsafədən atəş açıb. 571xal toplayan Lunyov mərhələni 24-cü yerdə tamamlayıb.
O, sabah mükafatlar uğrunda yarışacaq “səkkizliy”ə düşəbilməyib. Bu növdə mübarizəni dayandıran Ruslan 25 m məsafədənatəşaçmada da dəqiqliyini sınayacaq.
Qeyd edək ki, bu proqramda final mərhələsi sabah Bakı vaxtı iləsaat 11:30-da başlayacaq.