AZ

Paris Olimpiya Oyunlarının açılışı TƏNQİD OLUNDU

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında LGBT təbliğatı böyük əks-səda doğurub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Olimpiya Komitəsinin paradda homoseksual şəxsləri yerləşdirməsi və “Drag Quee” kimi xarakterizə edilən şəxslərin Olimpiya məşəlini daşıması sosial mediada geniş tənqidlərə səbəb olub.

Bundan başqa, Avropa mətbuatında məşhur rəssam Leonardo da Vinçinin “İsanın son şam yeməyi” tablosunun LGBT şəxslər vasitəsilə təqdim edilməsi hörmətsizlik kimi qiymətləndirilib.

Fransız rejissor və aktyor Tomas Jolly-nin bədii rəhbəri olduğu mərasimdə 204 ölkədən idmançıları və Olimpiya Komandasını daşıyan 85 qayıq Austerlitz körpüsünün altından yola düşərək Sena çayı boyunca 6 kilometrdən çox yol qət edib.Yağış altında keçirilən və təxminən 300 min insanın iştirak etdiyi açılış mərasimi tədbirlər və məşhur adların səhnəyə çıxması ilə davam edib.

Bütün dünyanın canlı izlədiyi tədbirdə qadın-qadın və kişi-kişi münasibətlərinin normallaşması diskomfort yaradıb. 4 ildən bir keçirilən Olimpiadanın tarixinə indiyədək belə hal yaşanmamışdı.

Seçilən
134
3
modern.az

10Mənbələr