Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, o, pnevmatik tapança ilə 10 metr məsafəyə atəş açıb. 571 xal toplayan idmançı 33 iştirakçı arasında 24-cü yeri tutub. O, bu nəticə ilə final mərhələsinə vəsiqə qazana bilməyib.
R. Lunyov iyulun 28-də 25 metr məsafədən atəşaçmada da qüvvəsini sınayacaq.
Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.