“Şirlər”in baş məşqçisi Ayxan Abbasov oyundan sonra “Football-plus.az”a açıqlama verdi:
“Maraqlı oyun oldu. Rəqib də yaxşı mübarizə apardı. Hər iki komanda yoxlama oyununda yorğun halda davam etdi. Çempionata tam hazır olmasaq da, getdikcə gərginlik artır. Daha ciddi hazırlaşırıq. Təlim-məşq toplanışımız bu gün bitdi. Transfer işlərimiz davam edir. Bundan sonra iki-üç futbolçu istəyirik. Bir qədər çətinliklər var, oyunçuların gəlməsi və s. ilə bağlı. Amma çempionata qədər bunu da həll edəcəyik”.