AZ

Məxtumqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə sərgi açılışı baş tutdu – FOTOLAR

 İyulun 26-da 18:00 Türkmənistanın Gürcüstandakı səfirliyinin və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə türkmən ədəbiyyatının böyük şairi və mütəfəkkiri Məxtumqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə türkmən rəssamlarının əsərlərindən ibarət “Məxtumqulu Fəraqi: Gürcüstandan baxış” adlı sərginin açılışı baş tutdu. Sərgidə 40 a yaxın əsərlər nümayiş olunur. 

Tədbirdə Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirləri – Faiq Quliyev, Мәlik Mırzalin, Türkiyə səfirliyinin nümayəndəsi, Tbilisinin Krtsanisi bələdiyyəsinin üzvləri, azərbaycanlı icmanın üzvləri, gürcü ziyalılar, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Sərgi avqustun 2-dək davam edəcək.

Seçilən
10
2
yenicag.az

3Mənbələr