AZ

ABŞ Rusiyanın xəbərdarlığından sonra gizli əməliyyatın qarşısını alıb

Ukrayna Rusiya ərazisində məxfi əməliyyat keçirməyi planlaşdırıb. Lakin ABŞ bunun qarşısını ala bilib.

News365.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Məlumata görə, iyulun 12-də Pentaqon rəhbəri Lloyd Ostinə Rusiyanın müdafiə naziri Andrey Belousov tərəfindən zəng gəlib. O,  ABŞ-nin Ukraynanın Rusiyada Amerika silahları ilə əməliyyat keçirmək planlarından xəbəri olub-olmadığını soruşub.

Qeyd olunur ki, Pentaqon nümayəndələri məlum sualdan təəccübləniblər və planlaşdırılan əməliyyatdan xəbərsiz olduqlarını iddia ediblə. Buna görə də Amerika tərəfi Ukrayna rəsmiləri ilə əlaqə saxlayıb və bu mesajı veriblər: “Əgər belə bir şey etmək fikrindəsinizsə, buna getməyin!”

"Kiyevin hərbi, kəşfiyyat və diplomatik dəstək baxımından ABŞ-dən dərindən asılılığına baxmayaraq, ukraynalı rəsmilər amerikalı həmkarları ilə hərbi əməliyyatlar, xüsusən də düşmən xəttinin arxasındakı Rusiya hədəflərinə qarşı hücumlarda həmişə səmimi deyillər. Bu əməliyyatlar amerikalı rəsmiləri məyus edib. O məmurlar ki, Ukraynanın döyüş meydanındakı mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilmədiklərini deyirlər. Bununla belə onlar Avropa müttəfiqlərini özlərindən uzaqlaşdırmaq və müharibəni genişləndirmək riskləri edirlər", - məqalədə yazılıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

News365.az


Seçilən
5
news365.az

1Mənbələr