AZ

UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyası çərçivəsində keçirilən tədbirdə COP29-a hazırlıq müzakirə edilib

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) hazırlıq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası (WHC46) çərçivəsində təşkil edilən “Ümumdünya irs, biomüxtəliflik və iqlim: Fəaliyyətin səfərbər edilməsi və maliyyələşdirmə” mövzusunda keçirilən tədbirdə müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” sosial şəbəkəsində dərc olunan məlumatında deyilir.

“Bu gün Azərbaycan nümayəndə heyəti UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası (WHC46) çərçivəsində təşkil edilən “Ümumdünya irs, biomüxtəliflik və iqlim: Fəaliyyətin səfərbər edilməsi və maliyyələşdirmə” mövzusunda keçirilən paralel tədbirdə iştirak edib. Azərbaycanın nümayəndəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət və ətraf mühitin mühafizəsi idarəsinin rəhbəri Faiq Mütəllimov ölkənin bu məsələ ilə bağlı siyasətindən danışıb. O həmçinin tədbir iştirakçılarını COP29-a hazırlıq prosesi barədə məlumatlandırıb”, - paylaşımda deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib

Seçilən
32
6
iqtisadiyyat.az

7Mənbələr