AZ

Aygün Kazımovanın konsertində şəkil çəkdirməyə pul istənildi-Fotofakt

Aygün Kazımovanın adından dələduzluq edilib. 

XALQ.AZ xəbər verir ki, TikTok-da “Fərişş_Ticket” adlı səhifə avqustun 10-da Xalq artistinin konsert verəcəyi elanını yazıb. O hətta saxta elanın Heydər Əliyev Mərkəzinin həyətində keçiriləcəyini bildirib.

Səhifədə bilet satışı gerçəkləşdirilir. Dələduzlar biletlərin 15-35 manat arası satıldığını yazıb. Hətta fanatlardan Aygün Kazımova ilə şəkil çəkdirmək üçün pul da istənilib.

Xalq artistinin komandası bildirir ki, konsert anonsu saxtadır, dələduzlara aldanmayın.Aygün Kazımova həmin tarixdə konsert verməyəcək Bildirilib ki,  konsertlərin anonsunu öz rəsmi səhifəsində yayımlayır.

 

   

Seçilən
60
6
turanpress.com

9Mənbələr