Macarıstanın Baş naziri Viktor Orban Baile Tusznad şəhərində çıxışı zamanı gülləkeçirməz jilet geyinib.
Yenicag.az xəbər verir ki, bu barədə Macarıstanın RTL telekanalı məlumat yayıb.
Məlumata görə, Orban pulemyotlu snayperlər və polis tərəfindən mühafizə olunub. Macarıstan baş nazirinin təhlükəsizliyi iyulun 13-də ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdi, eləcə də may ayında Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdindən sonra güclənib./axar.az