Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Burundi Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada virusa qarşı bütün tədbirlərin görüldüyü və testi müsbət çıxan şəxslərlə təmasda olanların müayinə olunacağı bildirilib.
Xatırladaq ki, iyulun 23-də Burundinin qonşusu Konqo Demokratik Respublikasında (DRC) sürətlə yayılan "M çiçəyi" epidemiyasının regional yayılma riskinin olduğu barədə xəbərdarlıq edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri dünyada 3100-dən çox "M çiçəyi" hadisəsi qeydə alınıb. Virus əvvəllər ABŞ və Hindistanda ölümlərə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31