AZ

Şuşada keçirilən mediaforum zamanı hansı bəyanatlar İrəvanı heyrətə gətirdi? - VİDEO

Cənubi Qafqaz regionunda ötən həftə baş verən əsas hadisə Azərbaycanın Şuşa şəhərində keçirilən II Beynəlxalq Qlobal Media Forumu olub.

Bu barədə "Baku TV RU" "YouTube" kanalının redaktoru Səbinə Dadaşova "Nəticədə" verilişində bildirib.

"Üç gün davam edən qızğın müzakirələr, 50 ölkədən 150 qonaq, onlarla media nümayəndəsi və beynəlxalq ictimaiyyətdə səs-küyə səbəb olan bir neçə sensasiya", - materialda bildirilir.

Qeyd olunur ki, media-forumun əsas mövzusu çox aktual olub - yalan hekayələrin ifşa edilməsi və dezinformasiya ilə mübarizə.

"Prezident İlham Əliyev Türkiyə agentliyinin sualını cavablandırarkən deyib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin mətninin 80-90%-i artıq razılaşdırılıb və həll edilməli olan iki məsələni qeyd edib. Birincisi, Ermənistan Konstitusiyasından qondarma Dağlıq Qarabağ və Ermənistanın birləşdirilməsi ilə bağlı bəndi çıxararaq, dəyişiklik edilməsidir. İkincisi, Minsk qrupunun buraxılması tələbi ilə Azərbaycan və Ermənistanın ATƏT-ə birgə müraciəti ilə bağlı Bakının təklifini qəbul etməkdir. Axı qrupun formal mövcudluğu faktiki olaraq artıq mövcud olmayan "Qarabağ münaqişəsi"nin mövcudluğunu qanuniləşdirir. Bu sözlər erməni revanşist düşüncəli mediada və ictimai səhifələrdə kəskin reaksiyaya səbəb olub", - deyə Dadaşova əlavə edib.

Daha ətraflı videoda:

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
3
oxu.az

10Mənbələr