AZ

COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə qeyri-formal məsləhətləşmələr keçirilib

Bakı. Trend:

COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsiməqsədilə iyulun 26-27-də Şamaxıda nümayəndə heyətlərininrəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələrkeçirilib.

Trend xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrənəzarət qurumunun sədri, UNFCCC Katibliyinin təmsilçiləri vəekspertləri, Banqladeş və Barbadosun iqlim məsələlərinə məsulnazirləri, habelə ümumilikdə 40-dan artıq olmaqla, beynəlxalqdanışıq qruplarına sədrliyi həyata keçirən, eləcə də iqlimdanışıqlarında fəallıq nümayiş etdirən ölkələr iştirak edib.

İyulun 26-da açılış nitqi ilə çıxış edən COP29-un başdanışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ParisSazişinin bütün sütunları üzrə tərəqqiyə nail olunmasında COP29Sədrliyinin qətiyyətindən söz açaraq şəffaf və məqsədyönlüdanışıqların əhəmiyyətinə diqqət çəkib, cari iqlim danışıqlarındafikir ayrılığının mövcud olduğu sahələr üzrə tərəflərikonstruktivlik nümayiş etdirməyə çağırıb.

COP29-da iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin(NCQG) qəbulunun Paris Sazişi üçün sınaq testi olacağını vurğulayanYalçın Rəfiyev danışıqlarda irəliləyişə nail olmaq baxımından COP29Sədrliyi tərəfindən prosesin siyasi müstəviyə qaldırıldığını,COP29-a qədərki sessiyalararası dövrdə Azərbaycan tərəfininnazirlər, nümayəndə heyətlərinin rəhbərləri və ekspertlərsəviyyəsində dialoqun aparılmasını təşviq etməyə davam edəcəyini,tərəflərlə aparılan dialoqa əlavə töhfə verilməsi məqsədilə“nazirlər cütlüyü”nün (Misir və Danimarka) müəyyən edildiyinidiqqətə çatdırıb. Baş danışıqçı NCQG üzrə hazırkı mətnin daha datəkmilləşdirilməsinin vacibliyinə toxunaraq tərəfləri səyləriniartırmağa çağırıb.

COP29 baş danışıqçısı Paris Sazişinin 6-cı maddəsinin tamşəkildə işlək vəziyyətə gətirilməsinin COP Sədrliyimizin ikinciəsas prioriteti olduğunu qeyd edərək fikir ayrılıqlarının mövcudolduğu məsələlərdə dövlətlər və beynəlxalq danışıqlar qruplarıtərəfindən konstruktivlik nümayiş etdirilməsinin vacibliyinivurğulayıb.

Çıxışda COP28-in yekun sənədinin həyata keçirilməsi, adaptasiyavə mitiqasiya məsələləri üzrə açıq qalan məsələlərinyekunlaşdırılmasının əhəmiyyətinə diqqət çəkilib.

Məsələhətləşmələrdə hazırda iqlim gündəliyində əhəmiyyətli yertutan və Tərəflər və beynəlxalq ictimaiyyətin COP29-dan əsasgözləntiləri olan məsələlər – iqlim maliyyəsi üzrə Yeni KollektivKəmiyyət Hədəfi (NCQG), Paris Sazişinin 6-cı maddəsi, adaptasiya vəmitiqasiya mövzularında plenar və qruplar şəkildə müzakirələraparılır.

Tədbirin yekun, bağlanış mərhələsinə COP29-un müəyyən olunmuşprezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev dəqatılıb. O, çıxışında Şamaxı məsləhətləşmələrində iştirak edənBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Elmi vəTexnoloji Məşvərət üzrə nəzarət qurumunun sədrinə, UNFCCCKatibliyinin təmsilçiləri və ekspertlərinə, habelə Banqladeş vəBarbadosun iqlim məsələləri üzrə nazirlərinə və beynəlxalq danışıqqruplarına sədrliyi həyata keçirən digər ölkələrin nümayəndələrinəCOP29-un hazırlıq sessiyaları arası keçirilən bu cür görüşləritəqdir etmələrinə və COP29 Sədrliyinin təşəbbüs və səylərinidəstəklədiklərinə görə təşəkkürünü bildirib, irəliləyiş üçüntərəflərin həmrəylik və müsbət impuls nümayiş etdirmələrindənməmnunluğunu ifadə edib.

Tədbir zamanı çıxış edən müxtəlif qonaqlar, o cümlədənUNFCCC-nin Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədriHarri Vreuls, eləcə də UNFCCC Katibliyinin maliyyə məsələləri üzrəbaş direktoru Danielle Violette, Banqladeşin ətraf mühit, meşə vəiqlim dəyişikliyi naziri Çouduri Saber Huseyn, Barbadosun davamlıinkişaf, nəticələr üçün öhdəlik və mədəniyyət naziri Munro ŞantalMaksin danışıqlarda irəliləyişin əldə edilməsi baxımından səylərinartırılmasına diqqət çəkib, tərəflər arasında dialoqun aparılmasıbaxımından Şamaxıda keçirilən qeyri-formal məsələhətləşmələrinfaydalı olacağını qeyd ediblər.

İştirakçılar COP29 Sədrliyinin şəffaf və bitərəf vasitəçi kimirolunu təqdir ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
20
az.trend.az

10Mənbələr