AZ

Muxtar Babayev Böyük Britaniya kralı ilə görüşdü

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Londonda “Clarence House”da Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb.

Bu barədə COP29-un rəsmi “X” sosi­al şəbəkəsində qeyd olunub. Görüşdə COP sədrlikləri “Troyka”sına daxil olan COP28-in prezidenti Sultan Əl Cabir və Braziliya­nın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni iştirak ediblər.

Görüşdə COP sədrlikləri “Troyka”sı BƏƏ Konsensusu ilə yaranmış dinamika­nı davam etdirmək və 1,5 hədəfinə çatmaq üçün göstərilən səyləri Kral III Çarlzla pay­laşmaqdan məmnun və şərəf duyduğunu bildirib.

Seçilən
57
10
xalqqazeti.az

10Mənbələr