AZ

Paris-2024: Üç idmançımız mübarizəyə qoşulur

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında davam edir. Matc.az xəbər verir ki, ölkəmizi Olimpiya Oyunlarında təmsil edən daha üç idmançı bu gün mübarizəyə başlayacaq. İlk olaraq cüdoçularımız tatami üzərinə çıxacaqlar. -66 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov Serbiyalı Straxinya Bunçiçlə, -52 çəki dərəcəsində ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva isə ABŞ-dan olan Anjelika Delqado ilə üz-üzə gələcəklər. Hər iki idmançımız mübarizəyə 1/16 finaldan başlayacaq. Olimpiya yarışlarının digər idman növündə, -92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Alfonso Dominqes kubalı Xulio Sesar la Krus Perasa ilə rinqə çıxacaq. İdmançımız yarışa 1/8 finaldan qoşulacaq. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
25
matc.az

10Mənbələr