Türkiyə hökuməti ildə 1 milyona yaxın elektromobil istehsal etmək niyyətindədir.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Elektrikli avtomobillərin illik istehsalını 1 milyon ədədə çatdırmağı hədəfləyən 5 milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq", - Ərdoğan bildirib.
O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin "BYD" şirkəti ilə 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. "Digər şirkətlərlə danışıqlarımız davam edir. Bu, hələ başlanğıcdır".
"BYD" ilə müqavilə Türkiyədə ildə 150 min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavodun açılmasını nəzərdə tutur.
BiG.Az