AZ

Ermənistanda avtomobil qəzası baş verib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb

İyulun 27-də Ermənistanın Tavuş vilayətində dəhşətli avtomobil qəzası baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, saat 17:50 radələrində İrəvan-Sevan-İcevan yolunun 99-cu kilometrliyində, Dilican genişləndirilmiş icmasının inzibati ərazisində "İnfiniti" və "Suzuki" markalı iki minik avtomobili toqquşub.

Qəza nəticəsində ağır yaralanmış 12 nəfər İcevan tibb mərkəzinə yerləşdirilib.

Yaralılardan biri ölüb. Bir neçə yaralının da vəziyyəti ağırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
7
sesqazeti.az

10Mənbələr