AZ

Paris-2024: Növbəti narazılıq basketbol oyununda yaşanıb

Paris-2024 Olimpadasında növbəti qalmaqal Cənubi Sudan - Puerto-Riko matçında yaşanıb. Sport24.az xəbər verir ki, basketbol yarışında Cənubi Sudanın əvəzinə Sudanın himni səsləndirilib.
 
Təşkilatçıların səhvi tribunadakı azarkeşlər tərəfindən fitə basılıb. Cənubi Sudan komandasının təmsilçilərinin məsələyə müdaxiləsindən sonra düzgün himn səsləndirilib.
 
Qeyd edək ki, afrikalılar Olimpiadanın ilk oyununda Puerto-Rikoya 90:79 hesabı ilə qalib gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
sport24.az

2Mənbələr