AZ

Alfonso Dominqes: "Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir".
"Report" xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk qələbəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
1/8 finalda kubalı Xulio Sesar la Krusa qalib gələn idmançı sevincli olduğunu bildirib:
"Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır".
Qeyd edək ki, A.Dominqesin növbəti döyüşü avqustun 1 gerçəkləşəcək. O, 1/4 finalda Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
oxu.az

10Mənbələr