AZ

Azərbaycan basketbolçuları Avropa çempionu oldu

Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Avropa çempionu olub

Teleqraf.com xəbər verir ki, Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisinin final oyunu baş tutub.

Yığmamız həlledici matçda Lüksemburq seçməsi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində davam edən oyun təmsilçilərmizin 77:71 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
25
teleqraf.com

10Mənbələr