AZ

Vahid Əhmədov geri çəkildi: YAP-ın Qubadan namizədi kimdir?

Xəbər verdiyimiz kimi, Vahid Əhmədov 59 saylı Quba seçki dairəsindən namizədliyini irəli sürsə də, geri çəkildiyini elan edib.

Axar.az xəbər verir ki, YAP-ın 59 saylı Quba seçki dairəsindən namizədi Əlibala Səttar oğlu Məhərrəmzadədir.

Ə.Məhərrəmzadə 9 avqust 1976-cı ildə Qubada anadan olub. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirib. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. Professordur.

2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olub.

Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.

Əlibala Məhərrəmzadə "Kaspian Audit Kompani" MMC-nin direktorudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
7
axar.az

8Mənbələr