AZ

Basketbol millimiz çempion olduFOTO

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında final oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız həlledici matçda Lüksemburqla görüşüb.

Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirdə ardıcıl 4-cü qələbəsini qazanıb. Basketbolçularımız həlledici oyunda Lüksemburqa qalib gəliblər. Millimiz 78:71 hesabı ilə üstün olaraq C divizionunda 1-ci yeri tutub.

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Albaniya Ermənistanı məğlub edib.

Avropa çempionatı, C divizionu
Final
28 iyul
21:00. Lüksemburq - Azərbaycan - 71:78 (9:18, 20:21, 24:18, 18:20)

Tomorr Sinani İdman Sarayı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
xezerxeber.az

3Mənbələr