AZ

Türkiyə ordusu 16 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu İraq və Suriyanın şimalında 16 terrorçunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, zərbələr silahlıların İraqın şimalındakı Asos, Hakurk və Qara bölgələrinə, həmçinin Suriyada “Fərat Qalxanı” antiterror əməliyyatı zonasına endirilib.

“İraqda 11, Suriyanın şimalında 5 PKK terrorçusu məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək”, - deyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
9
teleqraf.com

10Mənbələr