Azərbaycanın qızlardan ibarət U-18 basketbol millisi Avropa çempionatının C divizionunun ikincisi olub.
hakimiyyet.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşadək qızlar arasında keçirilən qitə turnirinin finalında Kosovo ilə üz-üzə gələn yığma 65:75 hesabı ilə məğlub olub.
Bu nəticənin ardından Evren Alkayanın rəhbərlik etdiyi yığmamız gümüş medallara sahib çıxıb.