AZ

Türkiyədə meşə yanğınları davam edir

Bakı. Trend:

İyulun 28-dən etibarən Türkiyənin Kahramanmaraş, Antalya,Yalova, İzmir və Qaziantep vilayətlərində meşə yanğınları qeydəalınıb.

Trend xəbər verirki, İzmir, Yalova və Qaziantepdəki yanğınlar nəzarətə götürülüb,digər bölgələrdə isə alovlarla mübarizə həm havadan, həm də qurudandavam etdirilir.

Yanğınlar nəticəsində Kahramanmaraşda 8, Antalyada isə 30 evtamamilə boşaldılıb.

Yalovada 4 fərqli bölgədə başlayan yanğınlar ərazini təhlükəyəatıb. Yaşayış yerləri və tətil bölgələrinə 300 metr yaxınlaşanalovlar, intensiv səylərlə nəzarətə alınmışdır.

Qaziantepdə iki müxtəlif nöqtədə başlayan yanğınlar minlərləinsanın iştirak etdiyi işçi qrupu tərəfindən söndürülüb.

Kahramanmaraş və İzmirdəki yanğınlara xüsusi təyyarələr vəhelikopterlər daxil olmaqla müxtəlif texnika ilə müdaxiləedilir.

Seçilən
66
az.trend.az

1Mənbələr