Böyük Britaniyanın yeni hökumət başçısı Kir Starmer İsrail Prezidenti İsxak Hersoqa Qəzza sektorunda atəşkəsə nail olmaq üçün dərhal addımlar atılmasının zəruri olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə iki liderin Parisdə keçirilən görüşünün nəticələrinə dair baş nazirin ofisi tərəfindən yayılan bəyanatda deyilir.
“Baş nazir bildirib ki, girovların azad edilməsi və ehtiyacı olanlara daha çox humanitar yardımın çatdırılması üçün atəşkəsə nail olmaq istiqamətində dərhal addımlar atılmalıdır", - bəyanatda qeyd olunur.
“Baş nazir İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququnu dəstəkləməyə davam etdiyini təkrarlayıb”, – sənəddə vurğulanıb.