AZ

AMEA-nın təşəbbüsü ilə Ağalı kəndində tədbir keçirilib FOTOLAR

AMEA-nın Prezidenti Akademik İsa Həbibbəylinin təşəbbüsü, AMEA Rəyasət Heyətinin, Azad Həmkarlar İttifaqının, Mərkəızi Elmi Kitabxananın, Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Müdrik siyasətin Böyük Qayıdış Zirvəsi” mövzusunda tədbir keçirilib.Tədbirə AMEA Rəyasət Heyətinin məsul işçiləri, akademiyanın bir sıra elmi –müəssisə və təşkilatlarının rəhbərləri, AMEA Azad Həmkarlar İttifaqının Aparat işçiləri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul şəxsləri- Aqil Qurbanov, Ceyhun Həsənov, Ağalı kənd məktəbinin direktoru Sahil Aslanlı, məktəbin pedaqoji heyəti və kənd sakinləri qatılmışlar.

Tədbir iştirakçıları ilk öncə Ağalı kənd məktəbi ilə tanış olmuşlar. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov qonaqları məktəbdə yaradılmış smart sistemlə tanış etmişdir. Məktəblilərin bilik və bacarıqlara müasir üsullarla yiyələnmələri üçün yaradılmış texnoloji, innovativ imkanlara dair geniş məlumat vermişdir. Sonra Ağalı kənd məktəbinin akt zalında iştirakçılar və qonaqlar salamlanaraq “Müdrik Siyasətin Böyük Qayıdış Zirvəsi” mövzusunda tədbir açıq elan edilmişdir.

AMEA AHİ–in sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun moderatorluğu ilə tədbir öz işinə başladı. Sənan Həsənov ilk olaraq tədbirin baş tutmasına görə AMEA–nın Prezidenti Akademikl İsa Həbibbəyliyə və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəhbərliyinə və bütün işgüzar heyətə iştirakçılar adından minnətdarlığını bildirmiş, eyni zamanda akademik İsa Həbibbəylinin salamlarını tədbir iştirakçılarına çatdırmışdır. Alimlərlə pedaqoji kollektivin, o cümlədən yerli sakinlərlə görüşlərin Böyük Qayıdışın elmi əsaslarının öyrənilməsi və təbliği istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğuladı. AMEA–da Vətən müharibəsi və Böyük Qayıdışa dair son illər həyata keçirilən layihələrin və fundamental tədqiqatların geniş miqyaslı əhatəyə malik olduğunu və bu əsərlərin öyrənilməsinin şagirdlərin formalaşmasındakı ideoloji, siyasi əhəmiyyətini önə çəkdi. Eyni zamanda belə tədbirlərin yeni elmi mövzulara istiqamət açdığını bildirdi.

Sonra söz AMEA MEK-in direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynova verildi. Hüseyn Hüseynov AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yaradılan elektron kitabxana sistemindən söhbət açaraq vahid məlumat informasiya bazasının dərin elmi biliklər üçün fundamental vasitə olduğunu diqqətə çatdırdı. Bu istiqamətdə son illər akademiya rəhbərliyinin apardığı islahatlardan və qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu şərh etdi. MEK tərəfindən Ağalı kənd məktəbinə çoxsaylı kitabların hədiyyə olunmasını məktəbin zəngin kitabxana sisteminin formalaşmasındakı mühüm əhəmiyyətini diqqətə çatdırdı.

AMEA Rəyasət Heyəti Aparatının İnsan Resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud çıxış edərək bildirdi ki, Vətən müharibəsində və ondan sonrakı dönəmdə alimlər yeni reallıqlara cavab verən çağrışlarla daha əzmlə fəaliyyət göstərir. Bu baxımdan o qeyd etdi ki, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun strukturunda “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsi, M.Füzuli adına Əlyazmalar İnstitutunda “Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi” yaradılmışdır. Eyni zamanda AMEA–nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Şuşa Daşaltı Seysmoloji Stansiyasında işlərin başa çatmaq üzrə olduğunu bildirdi. AMEA–nın Arxeologiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ arxeoloji ekspedisiyasının geniş tərkibdə apardığı arxeoloji ekspedisiyanın səmərəli fəaliyyətini də iştirakçıların diqqətinə çatdırdı. Tədbirdə A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlu, filologiya elmləri doktoru, dosent, N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Yeni Azərbaycan Partiyasının İnstitut üzrə ərazi təşkilatının sədri Mərziyyə Nəcəfova, AMEA Rəyasət Heyəti Aparatının Vitse-Prezidentlərin xidmətlərinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, AMEA Folklor İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahir Cavadov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimi fikir şöbəsi”nin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, həmin institutun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova və digər şəxslər çıxış edərək Böyük Qayıdışın fonunda daha güclü Azərbaycanın hədəflərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə reallaşacağını yekdilliklə bəyan etdilər. Bu yolda elmin və alimlərin üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyinə əminliklərini ifadə etdilər.

Sonda AMEA tərəfindən Zəngilan rayonunun Ağalı kənd məktəbinə 150-dən artıq kitab və monoqrafiyalar, 200-dən çox elmi məqalə, tədqiqat işləri və məlumat vasitələri əvəzsiz olaraq hədiyyə edilmişdir. AMEA alimləri və tədbir iştirakçıları kənd ərazisini gəzmiş, sakinlərlə söhbətlər etmiş, Zəngilan rayonunda inşa edilmiş Məscidi ziyarət etməklə xatirə şəkli çəkdirmişlər.

Seçilən
49
8
sesqazeti.az

9Mənbələr