Metbuat.az bildirir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında edilən paylaşımında yer alıb. Eyni zamanda Türkiyə XİN rəhbəri Hakan Fidan sosial şəbəkədə məsələ ilə bağlı qeyd edib:"Prezidentimiz bəşəriyyətin vicdanının səsi olub. Bu haqlı səsi batırmaq istəyən, başda İsrail olmaqla sionistlər narahatlıq içindədirlər".
Xatırladaq ki, İsrail XİN naziri Yisrael Katz sosial mediada yaydığı açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı keçmiş İraq lideri Səddam Hüseynə bənzədib. Onun bu paylaşımına Türkiyədən sərt reaksiyalar gəlib.