İsrail Qərbi Nil virusu ilə mübarizə aparır.
News24.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi Qərbi Nil virusu diaqnozu qoyulanların sayının 710-a yüksəldiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada Qərbi Nil virusunun yayıldığı iyun ayından bəri həyatını itirənlərin sayının 46 olduğu qeyd edilib.
ƏLAMƏTLƏRİ NƏDİR?
Mütəxəssislər bildirirlər ki, virusa yoluxanların 80 faizində heç bir əlamət yoxdur, 20%-də isə qızdırma, başağrısı, oynaq ağrısı kimi müxtəlif simptomlar ola bilər.
Bildirilir ki, nadir hallarda virusa yoluxanların bir faizində ensefalit və ya meningit kimi simptomlar müşahidə oluna bilər.
Günel Məlikzadə