AZ

Özbəkistan Çinə zəfəran tədarük edəcək

Dünyanın ən böyük ölkələrindən biri olan Çin Özbəkistanın Cizak vilayətinin Baxmal rayonunda yetişdirilən zəfərana da öz qapılarını açır.

Bir neçə illik dərin və analitik araşdırmalardan sonra Özbəkistan və Çinin idarələrarası komissiyası Baxmaldan zəfəranın ÇXR-ə tədarükünə icazə verib.

Nəşrlər qeyd edir ki, Özbəkistanda zəfəran istehsalının inkişafı ilə onun ixrac coğrafiyası genişlənir. Bu ilin əvvəlində ABŞ Qida və Dərman İdarəsi (FDA) də “BMB Holdinq”ə bu məhsulun Birləşmiş Ştatlara ixracına icazə verib.

Bundan əlavə, məhsul ABŞ Kənd Təsərrüfatı Departamentindən USDA “Organic” sertifikatını alıb və onun tərkibində azı 95 faiz təbii, orqanik inqrediyentlər var. Bu da şirkətə “BMB Za’faron” brendini Şimali Amerikaya tədarük etməyə imkan verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
38
banker.az

10Mənbələr