AZ

Rusiyanın Kareliya respublikasında su bəndi daşdı: Ekskavatoru sürücüsü ilə birlikdə su apardı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Federasiyasının Kareliya Respublikasında Ağ dəniz-Baltik kanalında müvəqqəti bəndin dağılması nəticəsində bir nəfər ölüb.
Oxu.Az-ın RTVI nəşri və "SHOT" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə bölgənin Həyat Təminatı və Təhlükəsizliyi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, ölən şəxs daşqın zonasında işləyən ekskavator operatoru olub və onu texnikası ilə birlikdə güclü su axını aparıb.
Ümumilikdə hadisə nəticəsində 10 nəfər xəsarət alıb ki, onlardan üçü hazırda xəstəxanadadır. Daha iki nəfərin axtarışları davam edir.
Xatırladaq ki, iyulun 29-da səhər saatlarında Kareliyanın rəhbəri Artur Parfençikov bildirib ki, Ağ dəniz-Baltik kanalının 10-11-ci şlüzları arasında yenidənqurma zamanı quraşdırılmış müvəqqəti bəndi su yuyub aparıb və bəzi yaşayış məntəqələri su altında qalacaq. Fövqəladə vəziyyətlə əlaqədar Kareliyanın Seqeja rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Qəza baş verən ərazidə Fövqəladə Hallar Nazirliyi axtarış-xilasetmə işləri aparır.
Qeyd edək ki, qurum daha əvvəl bəndin dağılmasından sonra 6 nəfərin yoxa çıxdığını bildirmişdi. Daha sonra xilasedicilər iki uşaq və iki böyük insanı sağ taparaq həkimlərə təhvil veriblər. İtkin düşmüş iki qadının axtarışları isə davam edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
14
oxu.az

10Mənbələr