Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Xəqani küçəsində (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir.
BAKU.WS agentliyə istinadən xəbər verir ki, qeyd olunan hissədə artıq köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.
"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
BAKU.WS VİDEO QALEREYA