Türkiyə ordusu daha 7 terrorçunu zərərsizləşdirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində PKK-nın 3, Suriyanın şimalında “Barış Pınarı” bölgəsində isə PKK/YPG-nin 4 üzvü məhv edilib.