AZ

ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni yardım paketi ayırıb

Bakı. Trend:

ABŞ Ukraynaya təhlükəsizlik üzrə 200 milyon dollar dəyərindəyeni yardım paketinin ayrıldığını elan edib.

Trend xəbər verir ki, bubarədə Ağ Evin nümayəndəsi Con Kirbi deyib.

O qeyd edib ki, təhlükəsizlik yardımına hava hücumundan müdafiəvasitələri, HIMARS artilleriya sursatları, minaatan mərmiləri vətank əleyhinə “Javelin” raketləri daxildir.

Qeyd edək ki, iyulun 12-də ABŞ Prezidenti Co Baydenlə UkraynaPrezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra ABŞMüdafiə Departamenti Ukraynanın vacib təhlükəsizlik və müdafiəehtiyaclarını qarşılamaq üçün əlavə təhlükəsizlik yardımı paketinielan edib.

Pentaqonun budəfəki avadanlıq təminatı 2021-ci ilin avqustundanindiyədək sayca 61-cidir. 225 milyon dollarlıq paketə havahücumundan müdafiə sistemləri, raket sistemləri, artilleriya üçündöyüş sursatları və tank əleyhinə silahlar daxildir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
az.trend.az

10Mənbələr