Britaniyanın Southport şəhərində bıçaqla silahlanmış yeniyetmənin hücumu nəticəsində 2 azyaşlı ölüb, 9-u uşaq olmaqla daha 11 nəfər yaralanıb.
Bu barədə AzEdu.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, xəsarət alanlardan ikisi böyükdür. Onlar hücuma məruz qalan uşaqları qorumaq istəyərkən yaralanıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı 17 yaşlı yeniyetmə saxlanılıb. Hücum terror aktı kimi qiymətləndirilmir.